Ana səhifə / İdman / II Liqanın son çempionu bütün futbolçularını göndərdi II Liqanın son çempionu bütün futbolçularını göndərdi 26.07.2025, 14:04 Əziz Əzizli 2024/25 mövsümündə Azərbaycan 2-ci Liqasının qalibi olan “Şahdağ Qusar” bütün futbolçularla müqaviləyə xitam verib. Operativ Media xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabındakı paylaşımında bildirilib. 1-ci Liqa təmsilçisi tərəfindən oyunçulara təşəkkür ifadə olunub. Bundan başqa yeni futbol mövsümü ilə bağlı yaxın günlərfə məlumat veriləcəyi də qeyd edilib. Xatırladaq ki, “Şahdağ Qusar” ciddi maliyyə problemləri ilə üzləşib. Bölgə təmsilçisinin sponsoru olan AZENKO şirkəti kluba dəstəyini dayandırıb. Teqlər: "II Liqan\u0131n son \u00e7empionu b\u00fct\u00fcn futbol\u00e7ular\u0131n\u0131 g\u00f6nd\u0259rdi"
31.01.2026, 21:12 Prezident: Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır