Menyu

Bakıda Avropa Cüdo Ümidləri Turniri başlayıb: 12 ölkədən 436 idmançı mübarizə aparır

Əziz Əzizli
Bakıda Avropa Cüdo Ümidləri Turniri başlayıb: 12 ölkədən 436 idmançı mübarizə aparır

Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Avropa Cüdo Ümidləri Turniri və Kodokan mütəxəssislərinin texniki sessiyaları start götürüb.

Operativ Media xəbər verir ki, beynəlxalq yarışda 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) mübarizə aparır.

U-13 və U-15 yaş kateqoriyalarında keçirilən turnirdə 33 çəki dərəcəsində qaliblər və mükafatçılar müəyyənləşəcək.

Texniki sessiyalara Avropa çempionu, dünya çempionatının gümüş medalçısı serbiyalı Aleksandar Kukoly və yaponiyalı Kodokan mütəxəssisi, dünya çempionatının mükafatçısı Tokuno Kazuhiko rəhbərlik edirlər. Zəngin təcrübəyə malik bu təlimçilər turnir iştirakçılarına unikal bilik və bacarıqlar təqdim edərək onların inkişafına töhfə verirlər.

Teqlər:

"Bak\u0131da Avropa C\u00fcdo \u00dcmidl\u0259ri Turniri ba\u015flay\u0131b: 12 \u00f6lk\u0259d\u0259n 436 idman\u00e7\u0131 m\u00fcbariz\u0259 apar\u0131r"

Əlaqəli Xəbərlər