"Əl-Hilal" İsaka həftəlik 686 min avro təklif edib
Əziz Əzizli
"Nyukasl"ın hücumçusu Aleksandr İsak karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər .
Operativ Media xəbər verir ki, bu haqda "The Guardian" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçuya həftəlik 686 min avro maaş təklif etməyə hazır olan 25 yaşlı isveçli ilə "Əl-Hilal" maraqlanır. Forvardla "Liverpul" da maraqlanır, lakin futbolçunu belə maaşla təmin edə bilmirlər.
2024/25 mövsümündə İsak 42 oyun keçirib, 27 qol vurub və 6 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı futbolçunun dəyərini 120 milyon avro qiymətləndirir.
Teqlər:
"\"\u018fl-Hilal\" \u0130saka h\u0259ft\u0259lik 686 min avro t\u0259klif edib"