Menyu

Bakıda keçiriləcək konsert üçün pulsuz avtobus reysləri təşkil olunacaq

Redaksiya
Bakıda keçiriləcək konsert üçün pulsuz avtobus reysləri təşkil olunacaq

İyulun 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək dünya ulduzu Castin Timberleykin konsertində iştirak edəcək tamaşaçıların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, həmçinin yollarda sıxlığın qarşısını almaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi avtobuslar ayrılıb.

AYNA-dan Operativ Media-ya bildirilib ki, ziyarətçilərin stadion istiqamətində daşınması saat 16:00-dan 20:00-dək metronun “Koroğlu” (Nəqliyyat Mübadilə Mərkəzi), “Qara Qarayev”, “28 May” və “20 Yanvar” stansiyalarından həyata keçiriləcək. Konsert bitdikdən sonra isə avtobuslar əks istiqamətdə saat 23:00-dan hərəkət edəcək.

Daşımalar ümumilikdə 80 avtobus vasitəsilə və ödənişsiz təşkil olunacaq. Tədbir iştirakçılarına şəxsi avtomobillərdən istifadə etmək əvəzinə avtobuslarla səfər etmələri tövsiyə olunur.

Teqlər:

"Bak\u0131da ke\u00e7iril\u0259c\u0259k konsert \u00fc\u00e7\u00fcn pulsuz avtobus reysl\u0259ri t\u0259\u015fkil olunacaq"

Əlaqəli Xəbərlər