Menyu

"Neftçi" Bosniya və Herseqovina millisinin qapıçısını transfer etdi

Əziz Əzizli
"Neftçi" Bosniya və Herseqovina millisinin qapıçısını transfer etdi
1 dəq oxu

“Neftçi” qapıçı transferini rəsmiləşdirib.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin qolkiperi Kenan Piriç artıq “Neftçi” ailəsinin üzvüdür. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Vətənindən başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında oynayan Piriç 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub. 

O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib. Milli komandanın heyətində 8 oyun keçirib.

Əlaqəli Xəbərlər