Polşa təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Operativ Media xəbər verir ki, "bakılılar" hazırlıq çərçivəsində keçirəcəyi üçüncü matçında rəqib Yunanıstanın “Asteras” (Tripolis) komandası olacaq.
Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək.
Qeyd edək ki, əvvəlki oyunlarda “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.