Menyu

META Azərbaycanda SSR təbliğatı aparan səhifəni silib

Əsəd Abbaslı
META Azərbaycanda SSR təbliğatı aparan səhifəni silib
1 dəq oxu

Son vaxtlar feysbuk sosial şəbəkəsi üzrə çoxsaylı səhifələr üzə çıxıb ki, həmin səhifələrdə Azərbaycana qarşı təxribat yönümlü məqalələr yerləşdirilərək ölkə üzrə böyük büdcə ilə reklama qoyulur.

Operativ Media-nın əldə etdiyi məlumata görə, həmin səhifələr barədə ETX tərəfindən META-ya məlumat verilib, təxribatla məşğul olan səhifələrin silinməsi təmin edilib.

Ümumilikdə son 4 ay ərzində 20-dən çox oxşar səhifə silinib.

Qeyd edək ki, META 2024-cü il hesabatında bu cür səhifələrin Rusiyadan açıldığını və idarə edildiyini bildirib.

Əlaqəli Xəbərlər