Menyu

Rusiya klubu "Beşiktaş"ın futbolçusunu transfer edib

Əziz Əzizli
Rusiya klubu "Beşiktaş"ın futbolçusunu transfer edib
1 dəq oxu

Rusiyanın "Dinamo" klubu "Beşiktaş"ın futbolçusu Baxtiyar Zaynutdinovu heyətinə qatıb.

Operativ Media xəbər verir ki, bu haqda Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.

Zaynutdinov "Beşiktaş"a 2023-cü ilin yayında CSKA-dan keçib. Ötən mövsüm bütün turnirlərdə 12 oyun keçirib və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

"Transfermarkt"ın məlumatına görə, futbolçunun bazar dəyəri 3 milyon avrodur.

Əlaqəli Xəbərlər