Menyu

Beynəlxalq axtarışda olan Tacikistan Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib

Əziz Əzizli
Beynəlxalq axtarışda olan Tacikistan Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib

Tacikistanın beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda həbs edilib.

Bu barədə Operativ Media-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Tacikistanda ekstremist fəaliyyətlə məşğul olan qadağan edilmiş təşkilatın fəaliyyətində iştirak etməkdə təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş 1999-cu il təvəllüdlü Tacikistan Respublikasının vətəndaşı Mirzoyev Saddam Romişoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

S.R.Mirzoyev cari ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər