Menyu

Ermənistanda hərbçi aldığı güllə yarasından ölüb

Redaksiya
Ermənistanda hərbçi aldığı güllə yarasından ölüb
1 dəq oxu

Ermənistanda çağırışçı əsgərin ölümü faktı ilə bağlı cinayət işi açılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İlkin versiyaya görə, çağırışçı A.P (2004-cü il təvəllüdlü) ona tapşırılmış avtomatdan açılan tək atəşdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır, bir sıra hərbçilər dindirilib, məhkəmə-tibbi, ballistik və digər ekspertizalar təyin edilib.

Əlaqəli Xəbərlər