"İmişli" təlim-məşq toplanışını Qəbələdə davam etdirəcək
Əziz Əzizli
Yay təlim-məşq toplanışını Bakıda keçirməyi planlaşdıran "İmişli"nin hazırlıq planında dəyişiklik baş verib.
Operativ Media xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, bölgə təmsilçisi toplanış məqsədi ilə bu gün Qəbələyə yola düşüb.
Bununla da kollektiv avqustun 3-dək əyalətdə məskunlaşacaq. "İmişli" Qəbələ şəhər stadionunda yerli komanda və "Karvan"la yoxlama görüşlərində qüvəsini sınayacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma