Menyu

Cari ildə 30 min tona yaxın şəkər ixrac edilib

Şəfa Hüseynli
Cari ildə 30 min tona yaxın şəkər ixrac edilib

Bu ilin yanvar-iyun aylarında ölkədən 20,9 milyon ABŞ dolları dəyərində 29,5 min tondan çox şəkər ixrac edilib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.

Bildirilib ki,  2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri 54,4 faiz və ya 7,3 milyon dollar, həcmi isə 66,2 faiz və ya 11,7 min ton artıb.

Cari ilin ilk 6 ayı ərzində şəkərin ümumi ixracda xüsusi çəkisi 0,16 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,2 faizə bərabər olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər