Sabah Sabirabadın bəzi kəndlərində qaz olmayacaq
Əziz Əzizli
Sabah Sabirabad rayonunun 9 kəndinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Operativ Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, diametri 315 və 160 mm “Ulacalı-Suqovuşan” orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı aprılacaq. Bu məqsədlə iyulun 30-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Suqovuşan, Məmişlər, Kürkəndi, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Qəfərli, Əsədli kəndlərində (ümumi 3 882 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net