Ötən gün respublika ərazisində qanunsuz silah-sursat aşkarlanıb
Əziz Əzizli
İyulun 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, 3 tapança, 8 qumbara, 51 alışdırıcı, 18 tüfəng, 8 patron darağı və müxtəlif çaplı 956 ədəd patron aşkar edərək götürüblər.
Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.
Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net