Dövlət 1300 uşağın özəl bağçaya gedişini maliyyələşdirir

Əziz Əzizli
Dövlət 1300 uşağın özəl bağçaya gedişini maliyyələşdirir

Özəl-dövlət əməkdaşlığı modeli çərçivəsində, 2-si regionda olmaqla, ümumilikdə 24 özəl bağça qrant layihəsinə qoşulub və 1300 uşaq bu xidmətdən yararlanıb.

Operativ Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bu gün keçirilən brifinqdə bildirib.

Layihə çərçivəsində dövlət hər bir uşaq üçün aylıq 250 manat vəsait ayırır. Ödənişin qalan hissəsi isə valideyn tərəfindən ödənilir.

Digər xəbərlər