Ana səhifə / İdman / ÇL: "Qarabağ" növbəti mərhələyə yüksəldi ÇL: "Qarabağ" növbəti mərhələyə yüksəldi 30.07.2025, 21:52 Əziz Əzizli Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində növbəti oyununa çıxıb. Operativ Media xəbər verir ki, Azərbaycan təmsilçisi İrlandiyanın "Şelburn" komandasını qonaq edib. Matç "atlılar"ın 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə 4-0 hesabı ilə qalib gələn "Qarabağ" növbəti mərhələyə yüksəlib. Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri UEFA Çempionlar Liqasının 3-cü mərhələsində FCSB - "Şkendiya" cütünün qalibi ilə qarşılaşacaq. Teqlər: "\u00c7L: \"Qaraba\u011f\" n\u00f6vb\u0259ti m\u0259rh\u0259l\u0259y\u0259 y\u00fcks\u0259ldi"