Bakıda avtomobil skuter sürən azyaşlı qızı vurub öldürüb
Əsəd Abbaslı
30.07.2025-ci il tarixində saat 19:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, D.Əliyeva İlə R.Behbudov küçəsi kəsişməsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi hadisəsi ilə bağlı çağırış daxil olub.
Operativ Media xəbər verir ki, bu haqda TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın cinsli) həkiməqədər ölüm faktı hadisəsi qeydə alınıb.
Qeyd edək ki, sosial şəbəkələrdə adıçəkilən ərazidə avtomobilin skuter sürən azyaşlını vurması ilə bağlı görüntülər yayılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net