Messi Liqa Kuboku matçında rəqibinə şillə vurub

Əziz Əzizli
Messi Liqa Kuboku matçında rəqibinə şillə vurub

"İnter Mayami"nin kapitanı Lionel Messi Liqa Kuboku matçında "Atlas"ın yarımmüdafiəçisi Serxio Hernandezlə mübahisə edib.

Operativ Media xəbər verir ki, bir anda futbolçular arasında qızğın söz mübadiləsi olub, daha sonra 38 yaşlı argentinalı əlini rəqibinin başına qoyub yanağına zərbə endirib.

Matçın kosta-rikalı baş hakimi Xose Kalderon hadisəyə məhəl qoymayıb.

2-ci turda “İnter Mayami” “Nekaska” ilə, “Atlas” isə “Orlando Siti” ilə qarşılaşacaq.

Digər xəbərlər