AFFA "Karvan-Yevlax" və "İmişli"yə bir illik möhlət verdi
Əziz Əzizli
AFFA I Liqadan Premyer Liqaya yüksəlmiş 3 klubdan ikisinə - "Karvan-Yevlax" və "İmişli"yə bir mövsümlük möhlət verib.
Operativ Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi.
Bu qərara əsasən son 3 mövsümdə Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən I Liqadan Premyer Liqaya yüksəlmiş klublara (Karvan-Yevlax FK, İmişli FK) bir mövsümlük aşağıdakı möhlətlər tətbiq edilir:
1. Klubların nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə)
2. U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər.
Teqlər:
"AFFA \"Karvan-Yevlax\" v\u0259 \"\u0130mi\u015fli\"y\u0259 bir illik m\u00f6hl\u0259t verdi"