III Karl Ukrayna hərbçilərinin İngiltərədəki təlimini izləyib
Böyük Britaniya kralı III Karl İngiltərənin cənub-qərbində ukraynalı hərbçilərin təlim keçdiyi bazanı ziyarət edib.
"Operativ Media" xəbər verir ki, monarx Böyük Britaniya Silahlı QüvvələriQuru Qoşunlarının Baş qərargah rəisi Patrik Sanders ilə birlikdə Ukrayna hərbçilərinin təlimlərini izləyib və onlarla söhbət edib.
London 2022-ci ilin iyul ayından Böyük Britaniya ərazisində başladığı təlim proqramını 2023-cü il ərzində də davam etdirmək niyyətindədir. Yanvar ayının sonlarında Birləşmiş Krallığın Müdafiə Nazirliyi bu il Ukrayna ordusunun 40 min hərbçisinə hazırlıq keçməyi planlaşdırır. İndiyə qədər müvafiq proqram çərçivəsində 10 min ukraynalı hərbçi təlim keçib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net