Sabunçuda avtomobilin yanması sıxlığa səbəb olub
Əsəd Abbaslı
Sabunçu rayonu, Aeroport şosesi, köməkçi yolda minik avtomobillərindən birində yanğın baş verib.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd olunub.
Hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücülərinin hadisə yerinə baxması səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net