20 Fevral 2023, 20:51
İrana qarşı sanksiyalar siyahısı genişləndirilib
İrana qarşı sanksiyalar siyahısı genişləndirilib şəkil
İrana qarşı sanksiyalar siyahısı genişləndirilib

Böyük Britaniya hökuməti İrana qarşı sanksiyalar siyahısına daha 8 ad əlavə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Qara siyahı”ya İranda üç inqilab məhkəməsinin sədri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Təqi Osanlu, Sistan və Bəlucistan əyalətlərində SEPAH komandirinin iki müavini daxildir. Sistan və Bəlucistan əyalətinin qubernatoru Məhəmməd Kərəmi və Senendej bölgəsinin rəhbəri Həsən Əsgəriyə də sanksiya tətbiq edilib.

Həmin şəxslərə qarşı məhdudiyyətlərin tətbiqi üçün əsas kimi onların yaşamaq, işgəncələrə məruz qalmamaq və ədalətli məhkəmə araşdırması hüququnun ciddi şəkildə pozulmasına dəstək vermələri, təşviq etmələri və ya bu cinayətlərdə iştirak etmələri göstərilir.

Son xəbərlər
Fransanın keçmiş baş naziri saxlanılıb
Zelenski: Sülhün qorunması üçün 100 min sülhməramlıya ehtiyac var
Olaf Şolts: Tramp və Putinin birbaşa danışıqları doğru addımdır
Mark Rutte: Putinə ehtiyacımız var
ABŞ-nin aviadaşıyıcısı Aralıq dənizində gəmi ilə toqquşub
Pit Heqset: Tramp uğurlu danışıqlar aparır
İmişlidə qəza olub, xəsarət alan var
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək