20 Fevral 2023, 22:44
Türkiyədə yenidən güclü zəlzələ olub, bir nəfər ölüb, dörd nəfər yaralanıb - YENİLƏNİB
Türkiyədə yenidən güclü zəlzələ olub, bir nəfər ölüb, dörd nəfər yaralanıb - YENİLƏNİB şəkil
Türkiyədə yenidən güclü zəlzələ olub, bir nəfər ölüb, dörd nəfər yaralanıb - YENİLƏNİB

Türkiyənin Hatay vilayətində baş verən zəlzələlərdən sonra yaşayış binaları dağılıb, dağıntılar altında qalanlar var.

"Operativ Media" xəbər verir ki, bu barədə Hatay bələdiyyə başçısı Lütfü Savaş NTV telekanalının efirində deyib.

"Deyəsən, Defnedəki binalara ciddi ziyan dəyib. İnşallah, bu sonuncu olacaq. Dağıntılar altında qalanlar da var. Ümid edirəm ki, daha az itki ilə sovuşacağıq", - bələdiyyə rəhbəri qeyd edib.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

22:44

Hatayda 6,4 maqnitudalı zəlzələ olub.

"Operativ Media" xəbər verir ki, bu barədə bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin Adanada da hiss olunduğu deyilir.

Son xəbərlər
Yağış yağacaq, şimşək çaxacaq
Göygöldə 43 yaşlı kişi dəm qazından boğulub
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub
Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar yenidən başlayıb
"Araz-Naxçıvan"ın zədəliləri qayıtdı
Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib
“Prezident Kuboku”nda iştirak edəcək ölkələrin adları müəyyənləşdi
Sumqayıtdakı “Diana” ailəvi istirahət mərkəzində ciddi nöqsanlar aşkarlanıb