Ötən ay işğaldan azad edilmiş ərazilərdə 2 mindən çox partlamamış sursat zərərsizləşdirilib
Əziz Əzizli
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.
Operativ Media xəbər verir ki, bu barədə ANAMA məlumat verib.
Məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə iyul ayı ərzində 57 tank əleyhinə, 265 piyada əleyhinə mina, 2007 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
7 058.9 hektar ərazi isə minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) ilə birgə həyata keçirir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma