Azərbaycanlı hakim Avropa Liqası matçına təyinat aldı
Əziz Əzizli
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb
Operativ Media xəbər verir ki, Ə.Ağayev UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək RFS (Latviya) – “KuPS Kuopio” (Finlandiya) oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. İngiltərəli Maykl Selisberi VAR, digər referimiz İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma avqustun 7-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda keçiriləcək.
Teqlər:
"Az\u0259rbaycanl\u0131 hakim Avropa Liqas\u0131 mat\u00e7\u0131na t\u0259yinat ald\u0131"