20 Fevral 2023, 22:02
Zəlzələ ilə bağlı ilk RƏSMİ AÇIQLAMA

Türkiyənin vitse-prezident Fuat Oktay Hatayda baş verən zəlzələ barədə açıqlama verib.
"Operativ Media" xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.
"Hatay mərkəzli zəlzələlərlə bağlı araşdırmalarımız davam edir. Vətəndaşlarımızdan zədəli binalardan uzaq durmalarını xahiş edirik", - deyə o qeyd edib.
CNN-in məlumatına görə, zəlzələlərdən sonra bəzi binalarda dağıntıların olduğu, insanların dağıntılar altında qaldığı bildirilir. Zəlzələdən sonra sunami xəbərdarlığı elan edilib.
Xatırladaq ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə 5,8 bal bal gücündə zəlzələ baş verib.