20 Fevral 2023, 22:49
FHN: "Hatayda zəlzələ nəticəsində xilasedicilərimiz arasında xəsarət alan yoxdur"
FHN: "Hatayda zəlzələ nəticəsində xilasedicilərimiz arasında xəsarət alan yoxdur" şəkil
FHN: "Hatayda zəlzələ nəticəsində xilasedicilərimiz arasında xəsarət alan yoxdur"

"Hatayda zəlzələ nəticəsində Fövqəladə Hallar Nazirliyinin xilasedicələri arasında xəsarət alan yoxdur".

"Operativ Media" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib.

"Bildiyiniz kimi, bir necə dəqiqə əvvəl Türkiyənin Hatay şəhərində güclü zəlzələ baş verdi. Zəlzələ nəticəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin arasında xəsarət alan olmayıb. Hazırda qüvvələrimiz tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir", - FHN rəsmisi vurğulayıb.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

Son xəbərlər
Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib