Menyu

"Turan Tovuz" bu gün Albaniya klubu ilə qarşılaşacaq

Şəfa Hüseynli
"Turan Tovuz" bu gün Albaniya klubu ilə qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" komandası növbəti yoxlama oyununu bu gün keçirəcək.

Operativ Media xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv Albaniya təmsilçisi "Flamurtari" ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl Türkiyənin "Keçiörengücü" (0:0) və "Çorum" (1:1) klubları ilə heç-heçə edib. Komanda avqustun 5-də Mərakeş təmsilçisi "Vidad"la qarşılaşacaq.

Teqlər:

"\"Turan Tovuz\" bu g\u00fcn Albaniya klubu il\u0259 qar\u015f\u0131la\u015facaq"

Əlaqəli Xəbərlər