Menyu

Sumqayıtda baş verən yanğında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Əsəd Abbaslı
Sumqayıtda baş verən yanğında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Sumqayıtda baş verən yanğın zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Operativ Media-ya Sumqayıt Tibb Mərkəzindən məlumat verilib

Qeyd olunub ki, saat 13:00 radələrində 1966-cı il təvəllüdlü (kişi) şəxs Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Sol baldırın və sol pəncənin I və II dərəcəli termiki yanığı diaqnozu təyin edilən pasiyentə Təcili yardım şöbəsində zəruri tibbi xidmətlərlər göstərilib.

13:10

Sumqayıt şəhərində yerləşən Baxça Şəhər Yaşayış Kompleksində yanğın baş verib.

Operativ Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə dərhal cəlb olunaraq operativ müdaxilə həyata keçiriblər.

Yanğının qarşısı qısa müddətdə alınıb və geniş əraziyə yayılmasına imkan verilməyib.

Məlumata görə, hadisə zamanı təhlükəsizlik məqsədilə təxliyə prosesi də təşkil olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər