Mahir Emreli oynadı, komandası məğlub oldu

Əziz Əzizli
Mahir Emreli oynadı, komandası məğlub oldu

Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün "Kayzerslautern"in heyətində rəsmi debüt edib. 

Operativ Media xəbər verir ki, onun komandası 2-ci Bundesliqada yeni mövsümün ilk oyununda "Hannover"in qonağı olub.

Mahir Emreli qarşılaşmanın start heyətində yer alıb. O, 67-ci dəqiqədə Richmound Tachie ilə əvəzlənib. 

Oyun "Hannover"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə Aseko Nkili vurub.

Qeyd edək ki, M.Emreli bu yay "Kayzerslautern"lə 3 illik müqavilə imzalayıb. O, yeni mövsümə hazırlıq çərçivəsində keçirilən 5 yoxlama oyununda iştirak edib və 3 qol vurub.

Digər xəbərlər