Menyu

Milana Rəhimovalı "Lyuboten" "Pünik"i məğlub etdi

Əziz Əzizli
Milana Rəhimovalı "Lyuboten" "Pünik"i məğlub etdi
1 dəq oxu

Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Milana Rəhimovanın formasını geyindiyi Şimali Makedoniyanın “Lyuboten” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.

Operativ Media xəbər verir ki, M.Rəhimovanın komandası I təsnifat mərhələsinin final oyununda Ermənistan təmsilçisi “Pünik” üzərində 4:0 hesablı qələbə qazanıb. Hava Mustafanın pokerə imza atdığı Skopyedəki qarşılaşmada meydana start heyətində daxil olan Rəhimova 90 dəqiqəni əvəz edilmədən keçirib.

Əlaqəli Xəbərlər