Xaçmazda meşədə yanğın başlayıb

Əsəd Abbaslı
Xaçmazda meşədə yanğın başlayıb

Xaçmaz rayonunun meşə zolağında yanğın başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, "112" qaynar telefon xəttinə rayonun Qımılqışlaq kəndində meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Digər xəbərlər