Lionel Messinin zədəsinin son vəziyyəti bəlli olub

Əziz Əzizli
Lionel Messinin zədəsinin son vəziyyəti bəlli olub

Lionel Messinin zədəsinin son vəziyyəti bəlli olub.

Operativ Media xəbər verir ki, bu haqda "İnter Mayami"nin mətbuat xidməti məlumat yayıb.

"Müayinənin nəticələri sağ ayağın yüngül əzələ zədəsini təsdiqləyib. Onun xəstəxanadan buraxılması ilə bağlı qərar onun klinik vəziyyətindən və müalicəyə reaksiyasından asılı olacaq", - məlumatda deyilir.

38 yaşlı argentinalı avqustun 3-də Liqa Kubokunda "Nekaxa" ilə matçın 11-ci dəqiqəsində əvəzlənib (2:2, 5:4 - pen.).

Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Hücumçu Florida komandasının heyətində 69 oyun keçirib, 58 qol vurub və 28 məhsuldar ötürmə edib.

Digər xəbərlər