Menyu

Qubada yanğın törədənlərdən biri həbs olunub, ikisi cərimələnib

Əsəd Abbaslı
Qubada yanğın törədənlərdən biri həbs olunub, ikisi cərimələnib

Avqustun 3-də Quba rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən üç nəfər müəyyən olunaraq saxlanılıb.

DİN-in mətbuat xidmətindən Operativ Media-ya verilən xəbərə görə, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Bahadır Mehrəliyev, Səməndər Məmmədrəhimov və Vahid Abdullayev tərəfindən törədildiyi məlum olub.

Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Saxlanılan şəxslərdən Bahadır Mehrəliyev həbs edilib, digər iki şəxs isə inzibati qaydada cərimələnib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər