Yaponiya Ukraynaya 5,5 milyon dollarlıq maliyyə yardımı ayırıb
Nərmin Qocamanlı
Yaponiya hökuməti Rusiyanın hücumlarını davam etdirdiyi Ukraynaya 5,5 milyon dollarlıq maliyyə yardımı paketini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, Kişida Fumio hökuməti Rusiyanın hücumlarının birinci ildönümü olan fevralın 24-nə qədər Ukraynaya yardımı artırmağı hədəfləyir.
Paytaxt Tokioda verdiyi simpoziumda çıxış edən baş nazir Kişida Fumio Ukraynaya 5,5 milyon dollar maliyyə yardımı ediləcəyini açıqlayıb.
Rəsmi Kyodo agentliyinin məlumatına görə, maliyyə yardımının Ukraynanın infrastrukturunun təmirinə sərf edilməsi planlaşdırılır.
Teqlər:
"Yaponiya Ukraynaya 5 5 milyon dollarlıq maliyyə yardımı ayırıb"