“Ai-95”in satışı dayandırılıb? - RƏSMİ
Nərmin Qocamanlı
“SOCAR” brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95” markalı yanacağın satışı dayandırılmayıb.
Operativ Media xəbər verir ki, bu barədə “Report”a “SOCAR Petroleum” QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışının dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib.
Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib:
“Lakin bu gündən etibarən bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net