Menyu

"Kəpəz" sabiq futbolçusunu transfer etdi

Əziz Əzizli
"Kəpəz" sabiq futbolçusunu transfer etdi
1 dəq oxu

Transfer çalışmalarını davam etdirən "Kəpəz" vaxtilə komandada oynamış Olavale Onanuqanı heyətinə qatıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb. 

Nigeriyalı yarımmüdafiəçi bundan öncə 2023/2024-cü illər mövsümündə "sarı-göylər"in heyətində çıxış edib. Onanuqa 27 oyuna 2 qol vurub. "Kəpəz"dən sonra Olavale Əl-Nəsr (Küveyt) və Bney Yehuda (İsrail) klublarında oynayıb.

Əlaqəli Xəbərlər