"Qəbələ" heyətini yeni hücumçu ilə gücləndirib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
“Qırmızı-qaralar” 31 yaşlı İbrahim Sanqareni heyətinə qatıb.
Fransalı hücumçu peşəkar karyerası ərzində bir sıra klublarda forma geyinib. Sanqare son mövsümü “Hapoel Hadera”da keçirib. O, həmçinin “Otelle Afien”, “Le Puy Foot”, “Orlean”, “Kretel”, “Oser” “Giresunspor” və “Menemenspor” kimi komandaların heyətində çıxış edib.