Möminə xatun türbəsinə giriş dayandırılıb
Əsəd Abbaslı
Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanıldığı üçün türbəyə giriş müvəqqəti olaraq dayandırılıb.
Operativ Media xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin məlumatında deyilir.
"Məlum olduğu kimi, Mömünə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb. Bu məqsədlə türbədə və türbə ətrafında bir sıra infrastruktur işləri aparılır. Təhlükəsizliyin təmin olunması məqsədilə türbəyə giriş müvəqqəti olaraq dayandırılır", - deyə məlumatda qeyd olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net