Qəbələdə atla dərəyə yıxılan çoban xilas edilib
Əsəd Abbaslı
Qəbələnin Laza kəndində çoban qayalıq ərazidən atla keçən zaman ehtiyatsızlıqdan dərəyə yıxılıb.
Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzindən Operativ Media-ya bildirilib ki, hadisə barədə məlumat daxil olan kimi əraziyə xilasedicilər cəlb olunub.
FHN-in xilasetmə qrupu çobanın yıxıldığı yeri müəyyən etdikdən sonra həmin şəxsi qayalıq ərazidən götürərək, Təcili Tibbi Yardım briqadasının əməkdaşlarına təhvil veriblər.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan çoban Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net