UEFA reytinqi: Azərbaycan Ukrayna və Sloveniyaya yaxınlaşdı

Əziz Əzizli
UEFA reytinqi: Azərbaycan Ukrayna və Sloveniyaya yaxınlaşdı

Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb.

Operativ Media xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə “Şkendiya” (Şimali Makedoniya) üzərindəki qələbə (1:0) sayəsində mümkün olub.

Ölkəmizin reytinq aktivinə daha 0,250 xal yazılıb. Beləliklə, Azərbaycanın sön 5 mövsümdə ümumi xalı 19,000-ə çatıb.

Azərbaycan hazırda 28-ci yerdədir və tezliklə irəliləmək şansı qazanıb. Bu, avqustun 7-də "Araz-Naxçıvan"ın Kipr "Omoniya"sına qarşı evdə, "Sabah"ın isə Bolqarıstan "Levski"si ilə səfərdə keçirəcəyi Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçlarının nəticələrindən asılı olacaq.

27-ci pillədə olan Ukraynanın 19,225, 26-cı sıradakı Sloveniyanın 19, 593 xalı var. Ölkəmizdən geridə - 29-cu yerdə qərarlaşan Rusiya (yarışlardan xaric edilib) 18,299, 30-cu pillədəki Bolqarıstanın isə 17,250 xala malikdir.

Digər xəbərlər