Zubir: “Qələbəyə baxmayaraq, hələ heç nə həll olunmayıb”

Əziz Əzizli
Zubir: “Qələbəyə baxmayaraq, hələ heç nə həll olunmayıb”

"Əsas məqsədimiz hazırkı mərhələni keçməkdir".

Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın fransalı futbolçusu Abdullah Zubir Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya qarşı keçirdikləri ilk oyundan sonra "CBC Sport" kanalına verdiyi müsahibədə deyib.

Təcrübəli futbolçu oyunun gözlənildiyi kimi çətin keçdiyini bildirib:

"Çempionlar Liqasında asan oyunlar olmur. Oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Qələbəyə baxmayaraq, hələ heç nə həll olunmayıb. Hər şey cavab oyununda müəyyənləşəcək".

Zubir komandaya maksimum dəstək verməyə çalışdığını da vurğulayıb:

"Həmişə çalışıram ki, komandamızın ən yaxşı oyununu nümayiş etdirməsi üçün əlimdən gələni edim. Bu gün çoxlu qol imkanlarımız oldu, amma onlardan istifadə edə bilmədik. Qarşıdakı oyunlarda ən yaxşısını etmək üçün əlimizdən gələni edəcəyik".

Fransalı futbolçu pley-off mərhələsindəki mümkün rəqiblər haqda da fikirlərini bölüşüb:

"Potensial rəqiblərimizi tanıyıram. Amma bu il tam fərqli mövsümdür. Komandalar zamanla dəyişir. Əsas məqsədimiz hazırkı mərhələni keçməkdir. Cavab oyununda çox diqqətli olmalıyıq. “Şkendiya”nın da qol imkanları oldu. Əvvəlcə bu mərhələni uğurla başa vuraq, sonra növbəti rəqiblər barədə danışarıq".

Digər xəbərlər