Gürcüstan millisinin üzvü İtaliyada klubunu dəyişdi
Əziz Əzizli
Gürcüstan millisinin mərkəz müdafiəçisi Saba Qoqliçidze İtaliyada iş yerini dəyişib.
Operativ Media xəbər verir ki, 21 yaşlı futbolçu “Empoli”dən “Udineze”yə keçib.
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Oyunçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Keçid “Udineze”yə 4 milyon avroya başa gəlib.
Qoqliçidze Gürcüstanın “Torpedo” (Kutaisi) klubunun yetirməsidir. O, 2024-cü ilin yanvar ayında İtaliya A Seriyasına transfer olunmuşdu. Müdafiəçi Gürcüstan millisində 3 oyun keçirib.