Qarşıdakı oyunlarda yüksək səviyyəli oyun nümayiş etdirəcəyik.
Operativ Media xəbər verir ki, bunu "Qarabağ" klubunun braziliyalı müdafiəçisi Mateus Silva UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" ilə ilk oyunundan sonra "CBC Sport"a verdiyi müsahibəsində deyib.
Silva rəqibin onlara ciddi müqavimət göstərdiyini bildirib:
"Komanda olaraq bizə problemlər yaratdılar. Bizim üçün çətin oyun oldu. Həftə ərzində yaxşı hazırlaşmışdıq və meydanda bunu bacardığımız qədər göstərməyə çalışdıq".
O, həmçinin komandanın hazırkı vəziyyəti və gələcək oyunlarla bağlı fikirlərini də bölüşüb:
"Dediyiniz kimi, mövsüm hələ təzə başlayır. Məşqçinin tapşırıqlarını meydanda yerinə yetirməyə çalışırıq. Çox istəkliyik, həvəslə çalışırıq. Performansımıza gəldikdə isə, düşünürəm ki, qarşıdakı oyunlarda həm mən, həm komanda yoldaşlarım, həm də ümumilikdə komanda daha yaxşı çıxış edəcək və yüksək səviyyəli oyun nümayiş etdirəcəyik".