Menyu

Çimərliklərdə uşaqlar arasında infeksiya yayılması xəbərinə aydınlıq gətirilib

Əsəd Abbaslı
Çimərliklərdə uşaqlar arasında infeksiya yayılması xəbərinə aydınlıq gətirilib

Sosial media resurslarında Abşeron Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində çimərliklərdən gətirilən azyaşlılarda bağırsaq infeksiyası hallarında artım müşahidə olunduğu və bir uşağın bu səbəbdən vəfat etdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Operativ Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

"Sözügedən şöbəyə edilən müraciətlər epidemioloji xarakter daşımır, kütləvi yoluxma qeydə alınmayıb və hər hansı ağır klinik hal müşahidə olunmayıb.

Məlumatı yayan şəxs isə xəstəxananın əməkdaşı deyil. Bir daha qeyd edək ki, yayılan məlumat tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır", - məlumatda bildirilib.

Qeyd edək ki, sosial mediada sözügedən xəstəxanada işlədiyini iddia edən tibb bacılarının azyaşlılarda bağırsaq infeksiyası hallarında artım müşahidə olunduğu və bir uşağın bu səbəbdən vəfat etdiyi barədə xəbərlər yayırlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər