Menyu

Elmar Baxşıyev: "Rəqibin yox, öz komandamın meydanda nə edəcəyini düşünürəm"

Əziz Əzizli
Elmar Baxşıyev:  "Rəqibin yox, öz komandamın meydanda nə edəcəyini düşünürəm"

"Matça hazırlığımız qaydasında gedir. Meydanda ən yaxşısını etməyə çalışacağıq”

Operativ Media xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda Kiprin “Omoniya” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis sabah tanış rəqiblə qarşılaşacaqlarını bildirib:

“Omoniya”nı təhlil etmişik. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin yox, öz komandamın meydanda nə edəcəyini düşünürəm. Düzdür, “Omoniya” yaxşı təşkilatlanmış komandadır. Amma I mərhələdəki oyunlarımızdan sonra Kipr klubunun da bizə hörmət etdiyini düşünürəm”.

O, oyun üslubunu dəyişmək fikrində olmadığını vurğulayıb: “Öz düşüncülərimiz var ki, sabah meydanda onları həyata keçirməyə çalışacağıq. Addım-addım irəliləmək istəyirik. Hazırda yalnız sabahkı oyunu düşünürük”.

E.Baxşıyev azarkeşlərdən dəstək gözlədiyini söyləyib: “Komandaya inansınlar, biz də onları sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, avqustun 7-də “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 14-də Nikosiyada olacaq.

Teqlər:

"Elmar Bax\u015f\u0131yev: \"R\u0259qibin yox \u00f6z komandam\u0131n meydanda n\u0259 ed\u0259c\u0259yini d\u00fc\u015f\u00fcn\u00fcr\u0259m\""

Əlaqəli Xəbərlər