Menyu

Lənkəranda ikimərtəbəli ev yanıb

Əsəd Abbaslı
Lənkəranda ikimərtəbəli ev yanıb

Lənkəranda ikimərtəbəli yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

Operativ Media xəbər verir ki, hadisə Lənkəran rayonunun Boladi kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1966-cı il təvəllüdlü Vasif İsa oğlu Məlikova məxsus ikimərtəbəli evdə yanğın olması ilə bağlı məlumat daxil olub.

Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. 

Buna baxmayaraq ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Qeyd edək ki, təhlükəsizliklə bağlı hazırda Boladi və Zövlə kəndlərində elektrik enerjisinin verilişi dayanıb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər