Menyu

Türkiyəli məşhur məşqçidən "Araz-Naxçıvan"a dəstək gəldi - VİDEO

Əziz Əzizli
Türkiyəli məşhur məşqçidən "Araz-Naxçıvan"a dəstək gəldi - VİDEO

Türkiyənin tanınmış futbol mütəxəssisi Yılmaz Vural "Araz-Naxçıvan" klubuna dəstək olub.

Operativ Media xəbər verir ki, azarkeşlərə video müraciət edən Yılmaz Vural  "Araz-Naxçıvan" klubuna "Omoniya" ilə oyunda dəstək olmağa çağırıb. O, Azərbaycan təmsilçisinə uğurlar arzulayıb.

"Sevgili "Araz-Naxçıvan"lılar, "Omoniya"nı yerlə bir edəcəksiniz. Sizdən gözləntimiz budur. Ona görə də indidən sizə uğurlar arzu edirəm. Bütün naxçıvanlıları matça dəvət edirəm. Hamınızı sevgi ilə öpürəm", - deyə o, video müraciətdə qeyd edib.

Qeyd edək ki, "Araz-Naxçıvan" avqustun 7-də Konfrans Liqasınınn 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Omoniya" klubunu qonaq edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər