Ukrayna daha 400 rus hərbçisini öldürülüb

admin
Ukrayna daha 400 rus hərbçisini öldürülüb

Son sutka ərzində Ukrayna qoşunları daha 400 rus işğalçısını məhv edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 15-dəki hesabatında bildirib.

Qeyd olunur ki, düşmənin fevralın 24-dən oktyabrın 15-dək şəxsi heyət arasında ümumi döyüş itkiləri təqribən 64 min 700 (gündə +400) nəfər olub.

Bundan əlavə, 2 min 524 (+3) ədəd tank, 5 min 179 (+7) zirehli texnika, 1582 (+16) artilleriya sistemi, 365 (+3) reaktiv yaylım atəş sistemi məhv edilib.

186 hava hücumundan müdafiə sistemi, 268 təyyarə, 242 (+2) helikopter, 1210 (+11) əməliyyat-taktiki pilotsuz uçuş aparatı, 316 qanadlı raket, 3 min 951 (+7) avtomobil texnikası və sistern, 142 xüsusi texnika sıradan çıxarılıb.

Digər xəbərlər