Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Zaqatala Regional Qaz İstismar İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.
Bu barədə Operativ Media-ya FHN-dən məlumat verilib.
Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar müəssisənin rəhbər heyətinin funksional vəzifələrini yerinə yetirməsi üzrə nəzəri bilik və praktiki vərdişlərinin təkmilləşdirilməsi, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılıq və operativliyin artırılması olub.
Məşqdə şərti fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib.
Uğurla keçən məşqdən sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.